“Azeri Light”ın qiyməti 75 dollara düşdü

İQTİSADİYYAT 10 sentyabr 2024, 10:29
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Demokrat.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,74 ABŞ dolları və ya 0,97% azalaraq 75,9 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

 Bizi Facebookda izləyin
  





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top