Azərbaycan Ukrayna ilə Rusiya arasında vasitəçilik edə bilər

GÜNDƏM 09 sentyabr 2024, 19:58
“Azərbaycan Rusiya ilə Ukrayna arasında vasitəçilik edə bilər. Çünki Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə normal münasibətləri var. Həmçinin Azərbaycanın beynəlxalq nüfuzu kifayət qədər yüksəkdir, regionun lider dövlətidir”. 

Bu fikirləri Demokrat.az-açıqlamasında ƏHD Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi  Əli Zülfüqaroğlu deyib.

Onun sözlərinə görə münaqişə tərəfləri arasında danışıqların davam etməsini istəməyən qüvvələr də var:

“Azərbaycan vasitəçilik missiyasını öz üzərinə götürə bilər. Amma nəzərə almalıyıq ki, Qərb bu müharibənin dayanmasında maraqlı deyil. Qərb Ukrayna dövləti və xalqı hesabına Rusiyanın zəiflədilməsini istəyir. Çalışır ki, Ukrayna təslim olmasın, müharibə davam etsin. Türkiyə Ukrayna ilə  Rusiya arasında vastəçiliyi öz üzərinə götürsə də, Qərb tərəfindən danışıqlar prosesi pozuldu”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 sentyabr 2024, 09:25
17 sentyabr 2024, 08:41
Top