Millimizin üzvü Türkiyə klubunda

İDMAN 06 sentyabr 2024, 15:15
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Milana Rəhimova karyerasını Türkiyədə davam etdirəcək.

Demokrat.az xəbər verir ki, 20 yaşlı müdafiəçi “Ünye” komandasına keçib.

Ötən mövsüm “Neftçi”nin formasını geyinən oyunçu ilə bağlanan sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, “Ünye” klubu Azərbaycan yığmasının digər futbolçusu Vüsalə Hacıyevanın da transferi ilə bağlı razılığa gəlib. Onunla yaxın günlərdə müqavilə imzalanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top