Tozun konsentrasiyasında azalma müşahidə edilir

SOSİAL 04 sentyabr 2024, 11:16
Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında dünənlə müqayisədə  azalma müşahidə olunur. 

Avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 2-2.5 dəfə çoxdur.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

"Sinoptik vəziyyətlə əlaqədar bu gün ölkə ərazisində şimal-şərq  istiqamətli küləklərin  şimal-qərb küləkləri ilə  əvəz olunması proqnozlaşdırılır ki, bu səbəbdən  də havada tozun miqdarının axşam saatlarından başlayaraq tədricən  azalacağı gözlənilir”.

Xatırladaq ki, dünən  havada tozun miqdarının normadan 4-4.5 dəfə yüksək olduğu qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top