Baş idarədən əməliyyat: 3 nəfər saxlanıldı (FOTO)

KRİMİNAL 03 sentyabr 2024, 11:56
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklə Mübarizə İdarəsi əməliyyat keçirib, 38 kiloqram narkotik dövriyyədən çıxarılıb.

Bu barədə Demokrat.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatlarla mütəşəkkil dəstə üzvləri əvvəllər dəfələrlə məhkum olunmuşlar Elçin Həmzəyev, Hüseyn Fətullayev və tanışı Seyfət Pənahov saxlanılıblar. Onların üzərindən və avtomobillərindən 38 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və tiryək aşkarlanıb.

Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib.

E.Həmzəyev, H.Fətullayev və tanışı S.Pənahovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top