YapiKredi Müraciət Forması
Hadisə

Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var

Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 99-cu kilometrliyində qeydə alınıb.

Gülnar Abdullayevanın idarə etdiyi “Hyundai-Sonata” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza zamanı sürücü, onun 3 övladı və qohumu (qadın) xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova