Sumqayıt şəhərində 1980-ci il təvəllüdlü Lətifə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı münasibətdə olduğu qadın Talehə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində baş verib. Lətifə həmin ərazidə yerləşən dayanacağın yaxınlığında Taleh ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu təpiklə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Lətifənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Lətifə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Taleh 2022-ci ilin noyabr ayından tanıyır, aralarında həmişə normal münasibəti olub: “Taleh təxminən hadisədən 15 gün əvvəl mənə zəng etdi. Onun həmin vaxt işim olduğu üçün onun zənginə cavab verə bilmədim. Sonra gec olduğum üçün ona zəng etmədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, təxminən saat 10:00 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən dayanacağın yaxınlığı ilə piyada gedən zaman təsadüfən Talehi görüb: “Biz salamlaşdıq, biri-birilərimizin hal-əhvalın soruşduq. Taleh mənə təxminən 15 gün əvvəl zənginə niyə cavab vermədiyimi soruşdu. Bu zaman Talehə vəziyyəti baş saldım, yəni həmin vaxt əlimdə işim olduğu üçün cavab vermədim, sonra da gec olduğu üçün zəng edə bilmədiyimi dedim. Bu zaman Taleh dediyim ilə razılaşmayaraq mənim bilə-bilə zəngimə cavab vermədiyini söylədi. Mən Talehə bir daha vəziyyəti izah etsəm də, yenə öz fikrində qaldı. Buna görə aramızda mübahisə oldu. Taleh yaranmış vəziyyətə görə məni günahkar bildi. Sonra isə sağollaşmadan arxaya çevrilərək getmək istəyərkən anidən əsəbləşdim, təpiklə onun sağ arxa nahiyəsinə vurdum. Həmin vaxt Taleh geri çevrilərək buna görə mənə öz iradını bildirdi. Sonra isə getdi. Taleh getdikdən sonra mən də yaxınlıqda yerləşən yaşadığım evə getdim”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini deyib.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Talehin sözlərinə görə, 2022-ci ilin noyabr ayından Lətifəni tanıyır: “Mən təxminən 15 gün əvvəl Lətifəyə zəng etsəm də, Lətifə zəngimə cavab vermədi. Daha ona zəng etmədim. Hadisə günü, təxminən saat 10:00 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən dayanacağın yaxınlığı ilə gedən zaman təsadüfən Lətifəni gördüm. Biz salamlaşdıq, biri-birilərimizin hal-əhvalını soruşduq. Mən Lətifəyə təxminən 15 gün əvvəl zəngimə niyə cavab vermədiyini soruşdum. Bu zaman Lətifə həmin vaxt əlimdə işim olduğu üçün cavab verə bilmədiyini, sonrada gec olduğu üçün zəng edə bilmədiyini söylədi. Lakin mən Lətifənin dediklərinə inanmadım. Zəngimə bilə-bilə cavab vermədiyini deyən zaman aramızda mübahisə oldu. Mən söz-söhbətin böyüməməsi üçün arxaya çevrilərək getmək istəyərkən Lətifə arxadan təpiklə sağ arxa nahiyəmə vurdu. Həmin vaxt geri çevirilrək buna görə ona öz iradımı bildirdim. Sonra isə getdim”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Lətifənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az