Ronaldo virusa yoluxdu

İDMAN 15 sentyabr 2024, 16:16
“Əl-Nəsr”in hücumçusu və kapitanı Kriştiano Ronaldo AFC Çempionlar Liqasında “Əl-Şorta” ilə matçı buraxacaq.

Demokrat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 39 yaşlı hücumçuya virus infeksiyası diaqnozu qoyulub. Komandanın həkimi onun istirahətə ehtiyacı olduğunu və evdə qalmalı olduğunu təsdiqləyib. O, bu gün komanda ilə İraqa getməyəcək.

Qeyd edək ki, sözügedən görüş sentyabrın 16-ı keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 21:26
18 sentyabr 2024, 21:16
Top