Bu gün UEFA Çempionlar Liqasında ümumi mərhələyə start veriləcək.
Demokrat.az Publika.az-a istinadən xəbər verir ki, ilk turda azarkeşlərin maraqla gözlədiyi bir neçə matç keçiriləcək.
Gecənin mərkəzi matçı Milanda baş tutacaq. Şəhərin eyniadlı komandası "Liverpul"u qəbul edəcək. "Real" "Ştutqart"ı, "Bayern" isə Zaqreb "Dinamo"sunu sınağa çəkəcək.
Çempionlar Liqasında debüt edəcək “Aston Villa” "Yanq Boyz"un qonağı olacaq.
Qeyd edək ki, UEFA-nın turnirlə bağlı yeni reqlamentinə əsasən turun oyunları 3 gündə - çərşənbə axşamı, çərşənbə və cümə axşamı keçiriləcək. Görüşlər 2 fərqli saatda baş tutacaq.
UEFA Çempionlar Liqası: Əsas mərhələ, 1-ci tur
17 sentyabr
20:45 Yuventus (İtaliya) – PSV (Niderland)
20:45 Yanq Boyz (İsveçrə) – Aston Villa (İngiltərə)
23:00 Milan (İtaliya) – Liverpul (İngiltərə)
23:00 Bayern (Almaniya) – Dinamo (Zaqreb, Xorvatiya)
23:00 Real (İspaniya) – Ştutqart (Almaniya)
23:00 Sportinq (Portuqaliya) – Lill (Fransa)