"Trendyol"dan gələn xəbərdarlıq mesajı çaşqınlıq yaratdı — FOTO

BİZNES 18 sentyabr 2024, 21:37
"Azərbaycanda təşkil olunan tədbir səbəbi ilə sifarişlərinizin uçuş və gömrük prosesinin müddəti uzana bilər. Gözləməyinizi xahiş edirik".

Demokrat.az xəbər verir ki, belə bir xəbərdarlıq mesajı "Trendyol" istifadəçilərinə gəlib.

Məsələni aydınlaşdırmaq üçün "Trendyol"un Bakıdakı nümayəndəliyinə sorğu ünvanladıq.

Nümayəndəlikdən oxu.az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu xəbərdarlıq ölkəmizdə keçirilən "Formula-1" yarışı ilə bağlı olub.

"Artıq sistemə yenilənmə verilib və xəbərdarlıq aradan qaldırılıb", - deyə açıqlamada qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sentyabr 2024, 17:47
Top