45 yaşlı kişi qətlə yetirildi

KRİMİNAL 13 sentyabr 2024, 08:40
Şamaxıda qətl hadisəsi olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Demokrat.az-a bildirilib ki, sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya və 45 yaşlı Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə.Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni Elbrus Şeydayev saxlanılıb.

Araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 15:59
Top