Tovuzda qəbiristanlıqda yanğın

HADİSƏ 15 sentyabr 2024, 17:48
Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində yanğın qeydə alınıb.

Demokrat.az xəbər verir ki, yanğın kənd qəbiristanlığının ərazisində təxminən 2 hektardan çox sahəni əhatə edib. Kənd evləri qəbiristanlığa yaxın olduğundan alovun evlərə keçməsinin qarşısını almaq üçün hadisə yerinə Tovuz yanğından mühafizə hissəsinin 4 yanğın söndürmə maşını və canlı qüvvəsi cəlb olunub. Əraziyə təcili tibbi yardım briqadası da gəlib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınaraq tam söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 21:26
18 sentyabr 2024, 21:16
Top