"Fəxr edirəm ki, ölkəmizdə beynəlxalq səviyyəli bu cür yarış keçirilir"

İDMAN 15 sentyabr 2024, 15:19
Fəxr edirəm ki, ölkəmizdə beynəlxalq səviyyəli bu cür yarış keçirilir.

Bu sözləri Azərbaycanın 8-ci dəfə ev sahibliyi etdiyi Formula 1 üzrə Azərbaycan Qran-Prisində tamaşaçı kimi iştirak edən İkinci Qarabağ müharibəsi qazisi Rafiq Rəhimov AZƏRTAC-a açıqlamasında deyib.

O, duyğularını sözlə ifadə etməyin çətin olduğunu qeyd edərək bildirib: "Burada olmaq və dünyanın bir nömrəli avtomobil yarışını izləmək çox xoşdur. Bizim üçün ideal şərait yaradılıb. Mən Suraxanı rayonundan Formula 1 üçün gəlmişəm. Həmin ərazidən şəhid ailələri və qazilər üçün xüsusi avtomobillər ayrılıb. Hazırda olduğumuz məkandan da razıyıq. Hər kəsə minnətdaram. Pilotlara isə uğurlar arzulayıram”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 21:26
18 sentyabr 2024, 21:16
Top