Parisdə Fransa prezidentinin istefası tələbi ilə mitinq keçirilib — VİDEO

DÜNYA 31 avqust 2024, 23:28

Parisdə Vətənpərvərlər partiyasının çağırışına uyğun olaraq Fransa prezidenti Emmanuel Makronun istefası tələbi ilə mitinq keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Respublika rəhbərliyinin növbədənkənar parlament seçkisindən sonra 45 gündən artıqdır ki, hökuməti formalaşdıra bilməməsi fonunda şənbə günü yüzlərlə insan Denfert-Roşro meydanına toplaşıb.

İştirakçılar "Makron istefa ver!", "Makron, rədd ol!", "Makron, işin bitdi: fransızlar küçələrə çıxdı!" şüarları səsləndiriblər.

Bir sıra iştirakçılar "Telegram"ın qurucusu Pavel Durovun həbsindən sonra Fransada söz azadlığını dəstəkləyiblər.

Aksiyanın sonunda Vətənpərvərlər partiyasının qurucusu Florian Filippo ənənəvi olaraq Aİ bayrağını cıraraq, Fransanı Aİ və NATO-dan çıxmağa çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 16:30
Top