Rusiya 92 ABŞ vətəndaşına ölkəyə girişini məhdudlaşdırdı

İDMAN 28 avqust 2024, 21:29
Rusiya Xarici İşlər Nazirliyi 92 nəfər ABŞ vətəndaşının daimi olaraq ölkəyə girişinə qadağa qoyub.

Demokrat.az  xəbər verir ki, bu barədə Rusiya XİN-dən məlumat yayılıb.

“Müxtəlif səviyyələrdə hüquq-mühafizə orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərləri və məmurları, hərbi sənaye kompleksinin əsas şirkətlərinin rəhbərləri və Ukrayna Silahlı Qüvvələrini silahla təchiz edən və Kiyev rejiminə sponsorluq edən maliyyə institutları ilə yanaşı, “stop-siyahı”ya həmçinin aparıcı liberal-qlobalist nəşrlərin redaksiya əməkdaşları və müxbirləri də daxil edilib”, - deyə məlumatda qeyd olunub.

Məlumata görə, siyahıya “The Wall Street Journal”ın baş redaktoru Emma Taker və nəşrin jurnalistləri, nəşrin Moskva bürosunun keçmiş rəhbəri Neytn Hoc, həmçinin “The Washington Post” və “The New York Times” qəzetlərinin müxbiri də daxil edilib.

Rusiya XİN bunun Amerikanın hakim elitasının çılğın sanksiya hücumuna cavab olduğunu bildirib və gələcəkdə “stop-siyahı”nın genişləndiriləcəyinə söz verib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 13:27
Top