“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət etdik. Çox sağ olsun, həmən müsbət cavabla bizi sevindirdi... Və mən, qardaşım Seyfulla, Sevda Həsənova (Böyük Seva) və oğlum Çingiz Mustafayev Qarabağa yollandıq - qardaşım Çingizin ad günü ərəfəsində onun Şəhid olduğu ərasini ziyarət etmək üçün”.
Demokrat.az xəbər verir ki, bunu ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev bildirib.
Onun sözlərinə görə, Çingiz Mustafayevin şəhid olduğu ərazini – Xocalı rayonunun Naxçıvanlı (Naxçıvanik) kəndini ziyarət etmək onun üçün çox çətin olub.
“Mənim üçün çox çətin idi bu səyahət. Yolüstü keçdiyimiz Ağdamda son günlərə qədər döyüşən ağdamlıların yanında idim və hər küçə və ya ondan qalan yollarda bir-bir itirdiyim dostlarımın ağrı-iniltisini yenidən eşitdim. Əsgərandan keçib “Naxçıvanik”ə qalxanda bu ağrı-inilti daha da möhkəmləndi...”.
V.Musatafayevin sözlərinə görə, Qarabağda eşitdiyi ah-nalələr Bakıya qayıdana kimi onu rahat buraxmayıb...
“Niyə getdim ora? Son vaxtlar onunla bu döyüşdə olmayan, ümumiyyətlə “Naxçıvanik”də olmayan, yazı yazıb video çəkənlər qardaşım Çingizin həlak olduğu yer barədə düzgün olmayan məlumatlar veriblər millətə. Bunu belə qoymaq olmazdı. Külli miqdarda yerli və xarici Çingizsevərlər onu ziyarət etmək istəyəcək və buna görə də Çingizin şəhid olduğu yeri dəqiq bilməlidirlər! Bu idi amalım. Yerinə yetirdim!
Ətraflı
Allah btün Şəhidlərimizə rəhmət eləsin, elə Çingizə də, o toyunda oynaya bilmədiyim adsız qardaşıma da.
Lakin 1992-ci ildən fərqli olaraq bu dəfə “Naxçıvanik”ə mənimlə gedən Çingiz Mustafayevlə geri qayıtdım. Şükür Allaha! 9 yaşı var və inşaAllah, həyatında müharibə görməz!”.
Xatırladaq ki, 29 avqust tarixi Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günüdür.
Çingiz Mustafayev Azərbaycan hərbi telejurnalistikasının ən parlaq nümayəndəsi olub, döyüş bölgələrindən əvəz olunmaz kadrlar çəkib, Qarabağ müharibəsinin ilkin dövrünün videoxronikasını yaradıb, həm də könüllülərin cəbhəyə getməsinin ilk təşkilatçılarından, ilk çağırış edən və ilk döyüşə gedənlərdən olub. Çingiz Mustafayev 1992-ci il iyunun 15-də Xocalı rayonunun "Naxçıvanik" kəndi yaxınlığındakı ağır döyüşdə şəhid olub. Onun nəşi Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.