Müğənni Sevda Yahyayeva ailəsi ilə virusa yoluxub.
Demokrat.az xəbər verir ki, bu haqda sənətçinin həkim həyat yoldaşı Zakir Bayramov paylaşımında deyib. O bildirib ki, son günlər şəhərdə yayılan virus onlardan da yan keçməyib:
"Şəhərdə yayılan virusa ailəlikcə biz də yoluxduq. Bir həftə çəkdi. Uşaqlar ağır keçirtdi: qarınları ağrıyır, ürəkləri bulanır, qaytarırlar, hərarətləri yüksəlir. Mən də kifayyət qədər ciddi keçirirəm. Amma 3-4 gün ərzində sağalırsan. Çox dərman qəbul etməyin. Çoxlu maye qəbul etmək yetərlidir. Uşaqlara da belə etdim, ciddi dərman lazım deyil. İndi keçdi getdi".
Qeyd edək ki, Sevda və Zakir cütlüyünün Ayla və Aida adlı iki qız övladı var.