"Qarabağ" "Dinamo"ya məğlub oldu — YENİLƏNİB

İDMAN 21 avqust 2024, 08:31
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə "Dinamo"nun (Zaqreb, Xorvatiya) qonağı olub.

Demokrat.az 
xəbər verir ki, "Maksimir" stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.

Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyaça açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.

***
00:24

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində davam edən "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında ikinci hissə başlayıb.


Demokrat.az xəbər verir ki, "Maksimir" stadionundakı oyunda ev sahibləri hesabda öndədir - 1:0.

29-cu dəqiqədə Marko Pyaça fərqlənib.

***
00:07

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında ilk hissə yekunlaşıb.


Demokrat.az xəbər verir ki, "Maksimir" stadionundakı oyunda ev sahibləri fasiləyə öndə yollanıb - 1:0.

29-cu dəqiqədə Marko Pyaça fərqlənib.

***
23:44

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində davam edən "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında hesab açılıb.


Demokrat.az xəbər verir ki, "Maksimir" stadionundakı oyunda ev sahibləri hesabda önə çıxıb - 1:0.

29-cu dəqiqədə Marko Pyaça fərqlənib.

***
23:11

UEFA Çempionlar Liqasında pley-offun oyunlarına start verildi.


Demokrat.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" Xorvatiyada Zaqreb "Dinamo"su ilə üz-üzə gəlir.

Oyun "Maksimir" stadionunda keçirilir.

Qeyd edək ki, cavab oyunu avqustun 28-i Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top