Fiquranı bəhanə edib, körpəsini süddən kəsən analar — Həkimdən XƏBƏRDARLIQ

SOSİAL 19 avqust 2024, 17:12
Son zamanlar yeni doğulmuş körpələr ana südü əvəzinə daha çox sünii qidalarla bəslənir. Buna səbəb isə analarda ana südünün olmaması və ya az olmasıdır. Hətta bəzi yeni ana olmuş qadınlar tez çəki atsınlar deyə bundan özləri imtina edirlər. Bəs sünii qidalar körpələrimizin sağlam qidalanmasında doğru bir vasitədirmi? 

Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında pediator Aytən İsmayılzadə bildirib ki, işi və fiquranı bəhanə edib körpəsini süddən kəsən analar böyük günah qazanır:

“Bu yolverilməzdir. Bununla analar körpələrin sağlamlığını təhlükə altında qoyurlar. Çünki sünii qidalar uşaqların sağlamlığına ciddi təsirlər göstərir. 

Əsas təhlükəsi ona görədir ki, burada sünii qidanın  tərkibində inək südü və zülalı var. Həmin inəklər müxtəlif hormonlarla, vitaminlərlə, antibiotiklərlə bəslənən heyvanlardır. Bütün bunlar isə südlə keçir. Həmin uşaqlarda allergik fon güclənmiş olur, immunitet zəif olur, sünii piylənmə, kökəlmə prosesi baş verir. 

Gələcəkdə isə şəkərli diabet, yüksək təzyiq, piylənmə kimi mübadilə pozğunluğu xəstəliklərin  əsası qoyulmuş olur.  Erkən dövrlərdə isə biz açıq aşkar alergik vəziyyətləri görürük. Uşaqlarda bronx və mədə-bağırsaq alergiyası və həzm pozğunluğu kimi əlamətlər görürük. 

Ana olmuş bütün qadınlar çalışmalıdırlar ki, yeni doğulmuş körpələrini daha sağlam qidalanması üçün ana südü versinlər. Əvvəllər ana südü olmayan qadınlar daha çox idi, amma bu hal nisbətən azalıb”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top