44 yaşlı kişi uşaqlarının üzərinə qışqıran arvadını döydü

KRİMİNAL 19 avqust 2024, 14:43
Salyan rayonunda 1980-ci il təvəllüdlü Əfqan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Könülə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 23-də baş verib. 

Əfqan həmin gün günorta saatlarında yaşadığı evində arvadı Könül ilə ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı onun sifət nahiyəsinə yumruq ilə bir dəfə vurub.

Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

O bildirib ki, martın 23-də yaşadığı evdə olarkən arvadı uşaqların başına qışqırdığı üçün aralarında mübahisə olub və əsəbiləşdiyi üçün onun sifət nahiyyəsinə bir dəfə əli ilə vurub. 

O deyib ki, arvadı ilə barışıb və sonuncunun ondan şikayəti yoxdur.

İş üzrə zərərçəkmiş Könül bildirib ki, martın 23-də, saat təqribən 18 radələrində yaşadığı evdə uşaqlarına qışqırdığı üçün əri bundan hirslənib və onu yumruğu ilə sifət nahiyyəsindən vurub.
 
Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Əfqan min manat cərimə olunub. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top