Oğuz-Qəbələ xəttində təmir-bərpa işləri aparılır — AÇIQLAMA

SOSİAL 14 avqust 2024, 18:32
Avqustun 13-ü gecə saatlarından etibarən Bakının bəzi ərazilərində su kəsilib. Təmir-bərpa işlərinə görə, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında  su sakinlərə xəbər verilmədən kəsilib. 

Sakinlər isə haqlı olaraq bu vəziyyətdən narazıdırlar. 

Şikayətçilər bildirir ki, suyun 2 gün olmayacağı barədə suyun kəsildiyi gün məlumatları olub. Onlar daha öncədən nə komendantlar tərəfindən, nə də kommunal xidmət məsələlərinə baxan şəxslər tərəfindən xəbərdar olunmayıb. Buna görə də, onlar öz su tədarüklərini görə bilməyiblər. Əlbəttə ki, bu xoşagəlməz bir haldır. 

İsti yay günlərində, sakinlərin suya daha çox ehtiyacı olduğu bir vaxtda suların xəbərdar edilmədən kəsilməsi nə dərəcədə doğrudur? 

Məsələ ilə bağlı Demokrat.az-ın sualına cavab verən kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov bildirib ki, əhalini xəbərdar olunmadan qazdan, sudan, işıqdan, yəni kommunal xidmətlərdən məhrum etmək düzgün deyil:

“Əgər qəza şəraiti yoxdursa, planlı iş gedirsə, o, planlı işin görülən vaxtı bir gün əvvəl əhali xəbərdar olmalıdır. Yox, əgər qəza şəraiti ilə əlaqədardırsa, onda suyun da, işığın, yaxud qazın da bağlanması qanunidir. Çünki onun qəza işləri görülən zaman fəsadlar olmasın deyə, xəbərdarlıq olunmadan da qaz, işıq, su bağlana bilər”.

Məsələni aydınlaşdırmaq üçün “Azərsu” ASC-dən sorğumuza cavab olaraq bildirilib ki, bununla bağlı saytımızda elan verilib:

“Sakinlərin xəbərsiz olması bizim günahımız deyil”.

O qeyd edib ki, Oğuz-Qəbələ xəttində təmir-bərpa işləri aparılır:

“Oğuz - Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-sı axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır”.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 13:19
Top