"Əsgərlikdən sonra çox planları, arzuları vardı" — Nəşi tapılan Fəridin ATASI

SOSİAL 07 avqust 2024, 22:33
İki il əvvəl Laçında itkin düşən 2003-cü il təvəllüdlü hərbi qulluqçular - Fərid Məmmədov və Firdovsi Abdullayevin meyitləri Kəlbəcərdən tapılıb. Onlar yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüblər.

Nəşi tapılan Fərid Məmmədovun atası Əjdər Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, oğlunun sağ qayıdacağını gözləyirmiş:

“99% əmin idim ki, Fərid sağ-salamat evimizə qayıdacaq. 2 ildir gözlərimiz yollarda idi. Allahın işi elə gətirdi ki, şəhid oldu”.

Onun sözlərinə görə, Fəridin uşaqlığı çox çətin şəraitdə keçib:

“Fəridlə qardaşı çox zülmlə böyümüşdülər. Fəridin uğurlu gələcəyi olacağını gözləyirdik. Əsgərlikdən sonra çox planları, arzuları vardı. İş qurmaq, bizə dəstək olmaq istəyirdi. Həmişə deyərdi ki, ata, mənə çəkdiyin əziyyətin qarşılığını verecəyəm”.

Məlumata əsasən, Fərid Məmmədovun cənazəsi sabah Ağdam şəhidlər xiyabanında dəfn olunacaq.

Xatırladaq ki, hərbçilərin itkin düşməsinə görə iki nəfər həbs olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top