Məsud Pezaşkian: Tehran İsrailə cavab vermək hüququnu özündə saxlayır

DÜNYA 07 avqust 2024, 22:10
Tehran İsrailə cavab vermək hüququnu özündə saxlayır.

Demokrat.az
 "Report"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezaşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığında deyib.

Tərəflər həmçinin HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra yaranan regional gərginliyi müzakirə ediblər.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahında öldürülüb. Bundan sonra İran rəsmiləri İ.Haniyənin qisasının alınacağı barədə bəyanat veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top