Övladını satmaq istəyən ana danışdı: “Əsəbi vaxtıma düşdü” — VİDEO

SOSİAL 07 avqust 2024, 22:03

Bir müddət əvvəl sosial şəbəkə hesabında öz övladını satmaq üçün video paylaşan ananın hərəkəti böyük rezonans doğurub. 

Demokrat.az-ın məlumatına görə, artıq azyaşlı anadan alınaraq, dövlətin himayəsinə verilib.

Nəzrin Qurbanova elanı imkansızlıq ucbatından verdiyini deyib:

“Kirayədə qalıram. Ailədə problem olduğu üçün övladımı sosial şəbəkədə paylaşdım. Onsuz da uşağımı satmayacaqdım, əsəbi vaxtıma düşdü. Heç bir valideyn övladını satmaz”.

Ana övladı ilə görüşmək istədiyini deyib:

“İstəyirəm ki, övladımı mənə qaytarsınlar. Mümkün deyilsə, görüş vaxtları təyin olunsun, gedib oğlumu görüm. Uşağımı istəyirəm, başqa heç nə istəmirəm. Doğma atası qoyub gedib, heç olmasa mən baxım”.

Ətraflı BakuTv-nin videomaterialında:

 




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top