Qaşım Maqomedov finalda — YENİLƏNİR

İDMAN 07 avqust 2024, 21:27

Paris-2024 Yay Olimpiya Oyunlarında taekvando yarışlarına start verilib.

Demokrat.az xəbər verir ki, Azərbaycan idmançısı Qaşım Maqomedov ilk döyüşünə çıxıb. 

58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda irlandiyalı Cek Uolleylə qarşılaşıb. 

Q.Maqomedov qələbə qazanaraq 1/4 finala çıxıb. 

***

Təmsilçimiz 1/4 finalda ispaniyalı Adrian Visente ilə üz-üzə gələcək. Qarşılaşma saat 17:32-də başlayacaq.

***

Qaşım Maqomedov 1/4 finalda Adrian Visenteyə qalib gələrək yarımfinala çıxıb.

***

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib. 

İdmançı yarımfinalda italiyalı Vito Dellakvila ilə qarşılaşıb. Hər iki hissədə rəqibindən üstün olan Maqomedov yekunda qələbə qazanıb - 9:4, 11:1.

Qaşımın finaldakı rəqibi Cənubi Koreyalı Park Taejoon olacaq.

Görüş Bakı vaxtı ilə saat 23:37-də başlayacaq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top