İsrail daha bir "Hizbullah" komandirini öldürdü

DÜNYA 06 avqust 2024, 18:54
İsrail ordusu Livanın cənubunda həyata keçirdiyi hava hücumunda daha bir Hizbullah komandiri Əli Camaləddin Cavadın öldürüldüyünü açıqlayıb.

Demokrat.az
xəbər verir ki, Hizbullah Hərəkatı rəsmi Telegram hesabında məsələ ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada Livanın cənubundakı Zibdin qəsəbəsindən olan 37 yaşlı Hizbullah üzvü Əli Cəmaləddin Cavadın vəfat etdiyi bildirilib.

İsrail ordusu Cavadı hədəf alan hava hücumunun görüntüsünü dərc edib və Cavadın Hizbullahın hərbi qanadı olan Rıdvan Qüvvələrinin mühüm komandiri olduğunu iddia edib.

Ordunun bəyanatında Cavadın Livanın sərhəd bölgəsindəki Aba qəsəbəsində motosiklet sürərkən güllələndiyi bildirilib.

Qeyd edək ki, bu yaxınlarda İsrail ordusu Hizbullahın yüksək rütbəli komandirlərindən Fuad Şükürü öldürüb. İsrail ordusunun 8 oktyabr 2023-cü il tarixindən bu yana Livanın cənubuna endirdiyi hava hücumlarında həlak olan Hizbullah üzvlərinin sayı 394-ə yüksəlib.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2024, 16:56
08 sentyabr 2024, 14:16
Top