Sosial

Faktiki hava açıqlandı

Faktiki hava açıqlandı

Bu günə olan faktiki hava açıqlanıb.

Demokrat.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam Quba-Qusar bölgəsinin dağlıq ərazilərində qısamüddətli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Düşən yağıntının miqdarı Qusarda (Laza) 32 mm, Qrızda 5 mm, Qubada 4 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub.

NE
Nihadə Eyyubova