Hakan Fidan Misirə gedir

REGİON 03 avqust 2024, 16:48
Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin xarici işlər naziri Samih Şükrinin dəvəti ilə Qahirəyə səfər edəcək.

 Demokrat.az Türkiyə KİV-ə istinadən xəbər verir ki,  Hakan Fidan misirli həmkarı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) iclasının hazırlıqlarını müzakirə edəcək.

Eyni zamanda səfər çərçivəsində Türkiyə və Misir arasında ikitərəfli münasibətlərin bütün aspektlərinin müzakirəsi, eləcə də cari regional hadisələr və beynəlxalq problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub.


Ayan
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 08:27
Top