İsrail ordusu Qəzzaya zərbələr endirdi

DÜNYA 03 avqust 2024, 15:43
İsrail Müdafiə Ordusu (İDF) Qəzza zolağındakı hərbi hədəflərə hava zərbələri endirib və 24 saat ərzində Fələstin anklavının cənubundakı silahlı radikalların çoxsaylı dəstəsini məhv edib.

Demokrat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, zərbələr terrorçu dəstələr, hərbi qurğular və terror infrastrukturuna endirilib.

Bildirilir ki, Rəfah şəhəri və ona bitişik Tell əs-Sultan bölgəsində İsrail bölmələri Hərbi Hava Qüvvələri ilə birlikdə çoxsaylı terrorçu dəstələri məhv edib.

Qeyd edək ki, İsrail hərbçiləri Qəzzanın mərkəzi hissəsində əməliyyat fəaliyyətini davam etdirir, ordu 24 saat ərzində HƏMAS-ın silah anbarlarını və hərbi obyektlərini məhv edib.
Mehriban Mirzəzadə
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 sentyabr 2024, 00:27
11 sentyabr 2024, 22:18
Top