İdman

Ölkəmizi iki canla təmsil edən Yaylagül Ramazanova vətənə qayıdıb

Ölkəmizi iki canla təmsil edən Yaylagül Ramazanova vətənə qayıdıb

Kamandan Oxatma idman növündə olimpiadaya ilk lisenziya qazanan Yaylagül Ramazanova bu gün vətənə qayıdıb.

Oxu.Azxəbər verir ki, o, 7 aylıq hamilə olmasına baxmayaraq, yarışlarda yüksək mübarizə əzmi nümayiş etdirib.

Qeyd edək ki, sıralama turuna 30-cu cütdə başlayan təmsilçimiz 39-cu yeri tutub. O, 720 mümkün xaldan 647 xal toplayıb. Milli üzvü mövsümdə ən yaxşı nəticəsinə imza atıb.

Y.Ramazanova 1/32 finalda Quxuan Anla (Çin) qarşılaşacaq. Onun rəqibi sıralama turunu 656 xalla 26-cı pillədə başa vurub.

NE
Nihadə Eyyubova