
Avqust ayında sağlamlıq üçün çox təhlükəli ola biləcək bir neçə maqnit qasırğası gözlənilir. Ay maqnit qasırğası ilə başlayacaq.
Avqustun 1-dən 3-dək günəş aktivliyinin artması gözlənilir. 1-də tufanın gücü 6 bal,yaxın iki gündə isə 4 bala qədər azalacaq. Növbəti zəif maqnit qasırğası ayın ortalarında - avqustun 13-dən 16-dək proqnozlaşdırılır. 13-də fırtınanın gücü 5 bala çatacaq, sonra 4 bala düşəcək.
Avqustun 22 və 23-də günəş aktivliyində qısamüddətli artım müşahidə olunacaq.
Ayın sonu avqustun 25-dən 28-dək güclü maqnit qasırğası ilə əlamətdar olacaq. 25 və 26-da günəş aktivliyi çox yüksək olacaq və yalnız bundan sonra azalmağa başlayacaq.
Bəs belə olan halda metrohəssas insanlar özlərini necə qorumalıdırlar?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən həkim, professor Adil Qeybulla bildirib ki, maqnit qasırğaları əslində Günəşin təkində baş verən partlayışlar nəticəsində əmələ gəlir:
“Onsuz da, kosmosda çox böyük maqnit sahəsi və böyük bir şüalanma var. O elektron maqnit şüalanması, kosmik və radioaktiv şüalanmadır. Bu şüalanmadan bizi ,Yer kürəsindəki canlıları yerin atmosferi qoruyur. Amma bəzən Günəşin təkində olan nüvə partlayışları o dərəcədə güclü olur ki, baxmayaraq ki, yerlə Günəş arasında 150000000 kilometr məsafə var, onlar yerdə hiss olunur.
Həkim əlavə edib ki, bu geomaqnit qasırğalarının olduğu günlərdə insanlar kifayət qədər diqqətli olmalıdırlar:
“Maqnit qasırğası orqanizmdə müxtəlif vegetativ dəyişikliklərlə, o cümlədən təzyiqin artması, ürək döyünmələrinin dəyişməsi, ürək fəaliyyətinin zəifləməsi və ümumilikdə əhval-ruhiyyəyə təsir edir. Ona görə də havaya həssas insanlar çalışmalıdırlar ki, bu günlərdə diqqətli olsunlar. Evdən çıxmasınlar, həkim məsləhətinə qulaq assınlar, lazımi dərmanlarını, hansılar ki, müxtəlif xroniki proseslər zamanı qəbul olunur, onları atsınlar və ümumiyyətlə mümkün qədər küçədə olmasınlar."
Mehriban Mirzəzadə
Demokrat.az