Xərçənglə mübarizə aparan Britaniya kralı Çarlzın oğlu şahzadə Harri ilə münasibətlərinin pis olaraq qaldığı iddia edilir.
Demokrat.az "NTV Türkiye"yə istinadən xəbər verir ki, kral oğlunun zənglərini cavabsız qoyur.
Kral Çarlzın İngiltərədəki krallıq səlahiyyətlərini tərk edərək 2020-ci ildə ABŞ-yə köçən oğlu şahzadə Harri ilə münasibəti ilə bağlı yeni təfərrüatlar gündəmə gəlib. Bundan əvvəl də belə məlumatlar yayılmışdı. 39 yaşlı Sasseks hersoqu "Invictus" Oyunlarının 10 illiyini qeyd etmək üçün ötən ilin may ayında İngiltərəyə qayıtdı. Həmin vaxt atasının mərasimdə olmaması diqqətləri çəkdi. Kralın məşğul olduğu üçün mərasimə gələ bilmədiyi iddia edilsə də, ata-oğul arasında başqa problemlərin də olduğu istisna edilmədi.
Mənbələr kralın artıq oğlunun zənglərinə və məktublarına cavab vermədiyini qeyd edir. Şahzadə Harrinin dostu da bunu təsdiqləyib: "Onun zəngləri cavabsız qalır. Harri Kralın səhhəti ilə bağlı onunla əlaqə saxlamağa çalışır, lakin cəhdləri cavabsız qalır", - deyə o bildirib.
Törə Zeynallı
Demokrat.az