İran Prezidenti COP29-a dəvət olundu

COP29 31 iyul 2024, 10:56
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət olunub.

Demokrat.az xəbər verir ki, Baş nazir Əli Əsədov iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianla görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini çatdırıb.

Baş nazir cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Məsud Pezeşkiana təqdim edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 sentyabr 2024, 00:27
11 sentyabr 2024, 22:18
Top