Azərbaycan ötən il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə qlobal iqlim fəaliyyətində mühüm mərhələyə imza atıb.
Demokrat.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir, Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının üzvü Sahil Babayev bankın İtaliyanın Milan şəhərində keçirilən 58-ci İllik Toplantısına müraciətində bildirib.
O, ADB-nin ötən il seçilmiş yeni prezidenti Masato Kandaya fəaliyyətində uğurlar arzulayıb, onun rəhbərliyinin müsbət təsirlərini görməyi səbirsizliklə gözlədiyini qeyd edib.
"2024-cü ildə ADB mühüm nailiyyətlər əldə edib, kreditlər, qrantlar, kapital investisiyaları, zəmanətlər və texniki yardım daxil olmaqla, müxtəlif maliyyə alətləri üzrə ümumilikdə 24,3 milyard ABŞ dolları vəsait ayırıb. Bu əhəmiyyətli vəsait ADB-nin davamlı inkişafa sadiqliyini, regionun kritik ehtiyaclarını qarşılamaq istiqamətində sarsılmaz öhdəliyini bir daha nümayiş etdirir.
Ötən il ADB-nin maliyyə fəaliyyətləri içərisində mühüm məqam enerji maliyyələşdirilməsindəki artım olub – bu sahədə vəsait 3,8 milyard ABŞ dollarına çatıb. Bu artım xüsusilə yaşıl enerji layihələrinə yönəlib və ADB-nin aparıcı iqlim bankına çevrilmək niyyətini və bərpa olunan enerji mənbələrinə keçidə dəstəyini əks etdirir. "Yaşıl enerji" sahəsinə bu strateji sərmayə yalnız karbon emissiyalarının azaldılmasını deyil, həm də üzv ölkələrdə davamlı və dayanıqlı enerji infrastrukturunun inkişafını hədəfləyir", - deyə nazir əlavə edib.
Onun sözlərinə görə, enerji maliyyələşdirilməsi ilə yanaşı, ADB-nin maliyyə sektoruna yatırımları da əhəmiyyətli dərəcədə artaraq 5,9 milyard ABŞ dollarına çatıb: "Bu artım maliyyə inklüzivliyinin genişləndirilməsi, iqtisadi sabitliyin dəstəklənməsi, maliyyə xidmətlərinə və məhsullarına çıxışın yaxşılaşdırılması məqsədi daşıyır. Eyni zamanda, ADB-nin su, eləcə də digər şəhər infrastrukturu və xidmətlərinə yatırımları da demək olar ki, iki dəfə artaraq 3,3 milyard ABŞ dollarına çatıb. Bu əhəmiyyətli artım ADB-nin su təhlükəsizliyi və şəhər infrastrukturunun yaxşılaşdırılmasına verdiyi önəmi göstərir ki, bu da icmaların rifahı və davamlı şəhər inkişafı üçün vacibdir".
S.Babayev ötən il Bakıda keçirilmiş COP29-a toxunub: "Bu tədbir beynəlxalq tərəfdaşlarla əməkdaşlıq üçün bir platforma rolunu oynayıb və planetimizin xeyrinə iqlim dəyişikliyi ilə mübarizə sahəsində mühüm irəliləyişlərə təkan verib. Konfrans dayanıqlığın artırılması, infrastrukturun uyğunlaşdırılması və "enerji keçidi"nin asanlaşdırılması istiqamətində əhəmiyyətli qərarlarla yekunlaşıb. COP29-a prezidentlik bir daha Azərbaycanın iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması və bu məqsədlə maliyyə vəsaitlərinin səfərbər olunmasına dair qlobal səyləri dəstəkləməyə sadiqliyinin bariz göstəricisidir".