Bu gün Mirzə Ələkbər Sabirin heykəli qarşısında Mədəniyyət Nazirliyinin heykəllərin cilalanması və bərpası ilə bağlı reallaşdırdığı layihə çərçivəsində tədbir təşkil olunub. Mədəniyyət Nazirliyi ilə yanaşı Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Abadlıq Xidmətinin birgə əməkdaşlığı aparılan abadlıq işləri çərçivəsində heykəl xüsusi qaydada təmizlənib.
Proses ilə bağlı Demokrat.az-a açıqlamasında heykəltaraş Orxan Nəbizadə bildirib ki, M.Ə.Sabirin heykəli üzərində ilk növbədə zahiri estetik görünüşü ilə bağlı işlər görülüb:

“ Mədəniyyat Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə şəhərimizdə olan monumental abidələrin bərpasına start verilib. Əvvəlcə biz şəhərdə bərpaya ehtiyacı olan heykəllərin monitorinqini keçirdik. Onun əsasında daha çox aşınmaya məruz qalan, zahiri estetik görünüşü korlanmış heykəllərin siyahısını tərtib etdik. Bərpa prosesi bütün dünyada tətbiq olunan təcrübələr əsasında, peşəkar şəkildə həyata keçirildi. Sadəcə müzakirələrə səbəb olan odur ki, abidələr iş şəraitində, yəni istehsal yerində olanda bu prosesləri vətəndaşlar görmür və onların hansı mərhələlərdən keçib bu gün bizim gördüyümüz səviyyəyə çatdığından məlumatsız olurlar. Heykəlləri daşımaq və yaxud yerini dəyişmək mümkün olmadığına görə biz onu yerində əvvəlki görkəminə qaytarmaq məcburiyyətində qaldıq. Bu dəfə bütün proses vətəndaşların gözü qarşısında görüldü və onlarda müəyyən təsəvvür yarandı”.

Əfsanə Rəcəb
Demokrat.az