Siqaretini yandırarkən evi partladı

HADİSƏ 19 iyul 2024, 23:34
Yaponiyada bir binada yaşayan şəxs intihar etmək üçün əvvəlcə qazı yandırıb, daha sonra fikrini dəyişərək siqareti yandırması nəticəsində partlayış baş verib. 

Demokrat.az
xəbər verir ki, partlayış nəticəsində mənzil sahibi də daxil olmaqla 8 nəfər yaralanıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 20:30 radələrində Kavaquçi şəhərindəki 15 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş verib.

Ətrafdakı tikililərə ziyan vuran partlayışdan sonra hadisə yerinə çoxlu sayda yanğınsöndürən və tibb briqadası göndərilib. 

Yaralıların bölgədəki xəstəxanalara çatdırıldığı, xəsarətlərinin həyati təhlükəsinin olmadığı açıqlanıb.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top