"Taksi sürücüsü kimi işləməkdənsə..." —1000 nəfərə ehtiyac var

GÜNDƏM 19 iyul 2024, 18:34
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair brifinqdə çıxış edib. Nazir müavini qeyd edib ki, "BakuBus" MMC-nin D kateqoriyalı 1 000 nəfər sürücüyə ehtiyacı var. Onun sözlərinə görə, bu ehtiyac 160 ədəd elektrikli avtobusun xəttə buraxılması və 200 adi avtobusun istismara qaytarılması hesabına yaranıb.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında deyib ki, bu sahədə nümunəvi və təcrübəli sürücülərə ehtiyac var: 



“Avtobus sürücüsü olmaq üçün ilk növbədə sürücülük məktəbində D kateqoriyası üzrə təhsil almaq lazımdır. Daha sonra həmin kateqoriya üzrə imtahan verilməlidir. Avtobus sürücüsü olmaq üçün uzun müddətli sürücülük təcrübəsi əsas götürülür. Şəxsin məhkumluğunun olub-olmaması, narkotik istifadəçisi olub-olmaması araşdırılır. İctimai nəqliyyatda sürücü kimi çalışmaq istəyən şəxs nümunəvi və təcrübəli sürücü olmalıdır. Bu günü dünənlə müqayisə etsək, düşünürəm ki, taksi şirkətində taksi sürücüsü kimi işləməkdənsə, nizamlanmış, hüquqları qorunan avtobus şirkətində ictimai nəqliyyatda sürücü kimi işləmək daha yaxşıdır. Çünki burada maaş da stabildir, əvvəki kimi xaos da deyil. İctimai nəqliyyatda qayda-qanun hökm sürür. Sürücülərin bir sıra güzəştləri var, sosial müdafiələri təmin edilir, əməkhaqqı da görülən işlə mütənasibdir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top