4000-ə yaxın şəxs Olimpiya Oyunlarına buraxılmayacaq

DÜNYA 18 iyul 2024, 10:44

Fransanın hüquq-mühafizə orqanları Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində 870 min inzibati araşdırma aparıb. Bunun da nəticəsində 4000-ə yaxın şəxsin Olimpiya Oyunları tədbirlərinə girişi məhdudlaşdırılıb. 

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Fransanın daxili işlər naziri Jerald Darmanen açıqlayıb. 

Nazirin sözlərinə görə, onlar arasında əsas olaraq “fiche S” siyahısında olan (təhlükəsizliyə təhdid doğuran şəxslər – red.) 131 nəfər, 18 radikal islamçı, 167 ultrasolçu və 80 ultrasağçı aktivistlər var. 

Xatırladaq ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-nə qədər, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-nə qədər keçiriləcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top