Şəmkir rayonunda 1990-cı il təvəllüdlü Rüstəm qohumu Yolçuya xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 5-də Şəmkir rayonunun Qaracəmirli kəndində baş verib. Rüstəm həmin gün saat 23 radələrində münaqişə yaratması nəticəsində yaranmış mübahisə zamanı qəbiristanlıqda qohumu Yolçunun sifət nahiyəsindən qəsdən vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Rüstəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüstəm ona elan olunmuş ittihama üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Yolçunu tanıyır, onun həmkəndlisi və qohumudur: “Aramızda heç bir ədavətlərimiz, düşmənçiliyimiz olmayıb. Münasibətlərimiz normal olub. Bizim münasibətlərimiz sonradan pisləşməyə başladı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü çərşəmbə bayramı olduğundan yaşadığı kənddə yeyib-içib: “Bundan sonra qohumum Yolçu ilə təsadüf olaraq rastlaşdım. Yolçu ilə təkrar olaraq çaxır içdik. Həmin gün saat təxminən 23 radələrində vəfat etmiş atamın qəbrinə ziyarət etmək qərarına gəldim. Buna görə də Yolçuya təklif etdim ki, birlikdə yaşadığımız Qaracəmirli kəndində yerləşən qəbiristanlığa gedək. Yolçu mənimlə birlikdə getməyə razılıq verdi. Biz birlikdə atamın qəbrini ziyarət etməyə getdik. Həmin vaxt ikimizdə sərxoş vəziyyətdə olmuşuq. Bir o, yadımda qalıb ki, həmin vaxt qəbirsanlıqda olarkən Yolçu heç bir səbəb olmadan mənə söyüş söydü. Bu zaman Yolçunu qəniristanlıqda əlim ilə yumruqla sifət nahiyəsinə zərbələr vuraraq döyməyə başladım. Yolçunu döydükdən sonra onun qardaşı
Nicata zəng etdim ki, gəlib Yolçunu aparsın. Həmin vaxt Nicat gəldi. Nicatla söhbət edən zaman qardaşı Yolçunun söyüş söydüyünə görə döydüyümü bildirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Nicat qardaşı Yolçunu yaşadıqları evə aparıb: “Mən də çıxıb yaşadığım evə getdim. Hazırda əməlimdən peşmanam. Hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişəm və onunla barışaraq razılıq əldə etmişəm. Himayəmdə bir nəfər azyaşlı uşağım var və ailənin yeganə qazanc gətirən şəxisiyəm. Ona görə də, məhkəmədən ifadəmdə göstərdiyim halları nəzərə almasını, mənə yüngül cəza verilməsini xahiş edirəm”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rüstəm 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az