Bakının Sabunçu rayonunda 1981-ci il təvəllüdlü Taleh ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Yasəmənə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 26-da, gecə saat 1 radələrində yaşadıqları Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib.
Taleh fərdi evin yataq otağında spirtli içkilər qəbul etməsinə irad bildirməsi səbəbindən arvadı Yasəmən ilə aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı qəsdən şillə və yumruqla onun üz, baş nahiyəsindən bir neçə dəfə vurub.
Hadisəni törədən Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz fərdi yaşayış evində yaşayır: “Yasəmən ilə 1999-cu ildə nikaha daxil olmuşam. Birgə nikahdan 3 övladımız var. İlk vaxtlar Yasəmən ilə münasibətlərimiz normal olsa da, lakin, sonradan münasibətlərimiz pozuldu, aramızda mübahisə yarandı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 26-da, saat 1 radələrində yaşadıqları Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi evin yataq otağında spirtli içkilər qəbul etməsinə irad bildirməsi səbəbindən arvadı Yasəmən ilə aralarında mübahisə yaranıb: “Mübahisə zamanı Yasəmən ünvanıma nalayiq ifadələr işlətdiyi üçün onun hərəkətlərindən əsəbləşdim. Yasəməni üz və baş nahiyəsinə bir neçə zərbə vurdum. Daha sonra yataq otağından çıxdım”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alınıb. Bu səbəbdən Talehin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az