Qarpız nə vaxt yeyilməlidir?

MARAQLI 11 iyul 2024, 08:58
Yayda yeməkdən sonra masaya adətən qarpız və yemiş verilir. Lakin bu, düzgün hesab edilmir.

Demokrat.az xəbər verir ki, yeməkdən dərhal sonra qarpız və ya yemiş yeyildikdə mədədə ağırlıq olur.

Bildirilib ki, həmçinin, qarpız və yemiş ağrılara səbəb olur, qıcqırma yaradır. Bu da həzm proseslərinə mane olur.

Dietoloqlar digər meyvə və giləmeyvələr kimi yemiş-qarpızı da yeməkdən 1 saat əvvəl və ya 1,5-2 saat sonra yeməyi tövsiyə edirlər.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top