Türkiyənin “Roketsan” şirkətinin Azərbaycan nümayəndəliyi yaradılıb — Baş direktor Bakıya gəlib

GÜNDƏM 10 iyul 2024, 23:40

Türkiyənin raket istehalı ilə məşğul olan “ROKETSAN” şirkətinin Azərbaycanda təmsilçiliyi yaradılıb. 

Demokrat.az bildirir ki, yeni qurum “AZROKSAN” adlanır. AZROKSAN”nın Baş direktoru vəzifəsinə Mehmet Ali Tahancalıo təyin edilib. O həm də “ROKETSAN”nın Azərbaycandakı nümayəndəsi təyin olunub.

Mehmet Ali Tahancalo bu gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb. Bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Türkiyə-Azərbaycan müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub.

“Roketsan” şirkəti  14 iyun 1988-ci ildə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin qərarı ilə “Türk Silahlı Qüvvələrinin (TSQ) raket və raket ehtiyaclarını qarşılamaq və raket və raket dizaynı, inkişaf etdirilməsi sahəsində qabaqcıl bir quruma sahib olmaq məqsədi ilə yaradılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top