Ermənistan əhalisinin 54,8%-i Paşinyandan narazıdır

DÜNYA 10 iyul 2024, 14:47
Respondentlərin 54,8%-i Ermənistan baş naziri Nikol Paşinyanın işini mənfi qiymətləndirib.

Demokrat.az xəbər verir ki, bu barədə jurnalistlərlə görüşdə “Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan bildirib.

Onun sözlərinə görə, Ermənistan baş nazirinin işinə 13,4% tam müsbət, 21,7% kifayət qədər müsbət, 14,5% kifayət qədər mənfi, 40,3% tamamilə mənfi qiymət verib. Sorğuda iştirak edənlərin 10,1%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Navasardyanın bildirdiyinə əsasən, respondentlərin 16,7%-i Ermənistan hökuməti tərəfindən həyata keçirilən sərhədlərin delimitasiyasına tamamilə müsbət, 21,2%-i kifayət qədər müsbət, 17,5%-i kifayət qədər mənfi, 39,4%-i tamamilə mənfi yanaşdığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top