Azərbaycanın Tehrandakı səfirliyi yenidən AÇILIR?

XARİCİ SİYASƏT 09 iyl 2024, 16:07
“Biz yaxın vaxtlarda Azərbaycanın Tehrandakı səfirliyinin yenidən açılmasının şahidi olacağıq”.

Demokrat.az xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Seyid Abbas Musəvi “Mehr” Agentliyinə müsahibəsində bildirib.

Lakin keçmiş səfir Azərbaycanın Tehrandakı səfirliyinin işinin bərpasına dair konkret vaxt açıqlamayıb.

Seyid Abbas Musəvinin sözlərinə görə, İranda hakimiyyətə Məsud Pezeşkianın dövründə Azərbaycanla münasibətlərin yaxşı istimqaətdə inkişafına şahidlik edəcəyik.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu həyata keçirilib.

Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki əməkdaş - Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.

Bu hadisədən sonra Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini dayandıraraq,  diplomatları təxliyə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top