Gündəm

XİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi

XİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi

9 iyul - Diplomatik Xidmət Orqanları əməkdaşlarının Peşə Bayramı münasibətilə Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

Demokrat.azxəbər verir ki, məzarın üzərinə əklil qoyulub, Ümummilli Liderin ruhu ehtiramla yad edilib.

Daha sonra görkəmli oftalmoloq alim Zərifə Əliyevanın da məzarı ziyarət olunub, üzərinə güllər düzülüb.

Bunun ardınca Şəhidlər xiyabanı da ziyarət olunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən vətən oğullarının xatirəsi anılıb.

D
demokrat.az