Dənizdə zəlzələ qeydə alınıb

DÜNYA 07 iyul 2024, 18:45
Aralıq dənizinin şərqində 4,1 maqnitudalı (Mw) zəlzələ olub.

Demokrat.az “Report”a istinadən xəbər verir ki, yeraltı təkanların ocağı 6,97 km dərinlikdə yerləşib. Türkiyə vaxtı ilə 16:55-də (Bakı vaxtı ilə 17:55) qeydə alınmış təbiət hadisəsinin episentri Muğla şəhərinin Datça rayonundan 251,35 km cənubda olub.

Regionda sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top