AVRO-2024: Portuqaliya və Fransa 1/4 finalda

İDMAN 02 iyl 2024, 08:00
Avro-2024-də 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Demokrat.az xəbər verir ki, əvvəlcə Fransa "Merkur Spiel Arena"da Belçika ilə üz üzə gəlib. Rəqibini 1:0 hesabı ilə məğlub edən fransızlar 1/4 finala yüksəlib. 

Digər oyunda Portuqaliya "Deutşe Bank Park"da Sloveniya ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında qol vurulmayıb. Penaltilər seriyasında isə Portuqaliya millisi daha dəqiq olaraq (3:0) 1/4 finala yüksəlib. Portuqaliyalıların qapıçısı Dieqo Koşta rəqibin 3 penaltisini dəf edib. 

Bugünkü matçların qalibləri - Fransa ilə Portuqaliya 1/4 finalda bir-birlərinə rəqib olacaqlar.

Qeyd edək ki, bunadək keçirilən 4 1/8 final matçından sonra 1/4 finalın 2 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə üz-üzə gələcək.

Avro-2024, 1/8 final

20:00. Fransa - Belçika - 1:0

Qol: Yan Vertongen, 85-avtoqol
Baş hakim: Qlen Niberq (İsveç)
"Merkur Spiel Arena"

23:00. Portuqaliya - Sloveniya - 0:0 (Penaltilər - 3:0)

Qırmızı vərəqə: Matyaz Kek, 105+1 (Sloveniya)
Reallaşdırılmayan penalti: Kriştiano Ronaldo, 105 (Portuqaliya)
Baş hakim: Daniele Orsato (İtaliya)
"Deutşe Bank Park"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top