Matçda boz qurd işarəsi göstərən futbolçudan AÇIQLAMA

İDMAN 03 iyl 2024, 21:03
Dünən axşam keçirilən Türkiyə-Avstriya matçında qol vurduqdan sonra "Bozqurd" işarəsi ilə sevincini nümayiş etdirən futbolçu Merih Dəmiral açıqlama verib. 

Demokrat.az xəbər verir ki, qol sevincindən sonra UEFA tərəfindən haqqında "uyğun olmayan davranış"a görə araşdırma başladılan futbolçu “Türk olduğum üçün fəxr edirəm” deyib. 

Merih Dəmiral açıqlamasında: "Məna odur ki, qol sevincində etmirəm, tribunalarda da gördüm. Hamımız Türkük və Türk olduğum üçün qürur duyuram, bunu hər dəfəsində də deyirəm. Ona görə də qol sevincini belə etdim. Bu çox normaldır, türk azarkeşlərimiz bizimlə qürur duyurlar. İnşallah bunu davam etdirəcəyik. Orada hər hansı bir mesaj yoxdu, sadəcə olaraq nə qədər qürurlu və xoşbəxt olduğumu göstərmək istədim” ifadələrindən istifadə edib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top