AVRO-2024: Türkiyə - Hollandiya matçının hakimi bəlli olub

İDMAN 04 iyl 2024, 13:29
Türkiyə milli futbol komandasının 2024-cü il Avropa çempionatının 1/4 finalında Hollandiya ilə oynayacağı matçın baş hakimi bəlli olub.

Demokrat.az UEFA-nın saytına istinadən xəbər verir ki, AVRO-2024-ün 1/4 finalında Hollandiya ilə keçiriləcək matçın baş hakimi Fransa Futbol Federasiyasından Klement Turpin olacaq.

Klement Turpinə eyni federasiyadan Nikolas Danos və Benjamin Peys kömək edəcək. Feliks Zvayer matçın 4-cü hakimi, Jerome Brisard isə VAR hakimi kimi çalışacaq.

Klement Turpin AVRO-2024-də indiyədək 2 matç idarə edib, Turpin turnirin açılış matçında, Almaniya-Şotlandiya matçında və İngiltərə-Sloveniya oyununa hakimlik edib.

Xatırladaq ki, Türkiyə-Hollandiya qarşılaşması 6 iyul saat 23.00-da başlayacaq. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top