Teymur Rəcəbov dünya çempionatında çıxış etməyəcək

İDMAN 04 iyl 2024, 09:29
Teymur Rəcəbov bu ilin dekabrında Nyu-Yorkda keçiriləcək rapid və blits üzrə dünya çempionatında çıxış etməyəcək.

Demokrat.az xəbər verir ki, Teymur Rəcəbov təqvimin uğursuz seçildiyini bildirərək, FIDE-ni tənqid edib

"Dekabrın sonunda turnirlərdə oynamağı başa düşmürəm. Bu tarix istənilən şahmatçı üçün acınacaqlıdır. FIDE-nin il ərzində çox yarışı yoxdur. Təşkilat il ərzində 5 gün ayırıb, hamıya uyğun vaxtda turniri təşkil edə bilərdi. Təqvimin təşkili üzrə mütəxəssis olmasam da, FIDE-nin digər variantlar tapa bilməməsinə görə təəccüblənirəm".

Qeyd edək ki, dünya çempionatı bu il dekabrın sonunda Nyu-Yorkda təşkil olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top